"Napoli" "Verona" üzərində qələbə qazandı

"Napoli" "Verona" üzərində qələbə qazandı İtaliya A Seriyasının 27-ci turunun matçında Verona Napolini qəbul edib.
Futbol
23 İyun , 2020 23:52
Napoli Verona üzərində qələbə qazandı

İtaliya A Seriyasının 27-ci turunun matçında "Verona" "Napoli"ni qəbul edib.

“Report” xəbər verir ki, görüş Veronadakı "Mark - Antonio Benteqodi" stadionunda keçib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolun müəllifi polşalı hücumçu Arkadiuş Milik olub. O, 38-ci dəqiqədə səhvsiz oynayıb. 90-cı dəqiqədə digər hücumçu İrvin Losano qonaqların hesabdakı üstünlüyünü artırıb.

"Napoli" 42 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində 7-ci yer tutur. "Verona" (38 xal) 8-ci yerdə qərarlaşıb. Yarışların lideri Turin "Yuventus"udur. Komanda 27 matçda 66 xal yığıb. 

Son xəbərlər

Orphus sistemi