"Napoli" uddu, rəqibinin 4 qolu sayılmadı

"Napoli" uddu, rəqibinin 4 qolu sayılmadı İtaliya A Seriyasında XXXVI turun "Napoli" - "Sassuolo" matçına VAR hakimlərinin qərarlarını damğa vurub.
Futbol
26 İyul , 2020 02:20
Napoli uddu, rəqibinin 4 qolu sayılmadı

İtaliya A Seriyasında XXXVI turun "Napoli" - "Sassuolo" matçına VAR hakimlərinin qərarlarını damğa vurub. 

"Report"un məlumatına görə, meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada qonaqların 4 qolu sayılmayıb. Səbəb kimi oyundankənar vəziyyət göstərilib. 

Hesabı 8-ci dəqiqədə Elseid Hüsay açıb. Son nöqtəni isə 90+3-cü dəqiqədə Markes Allan qoyub. 

Bu qələbədən sonra xalını 59-a çatdıran "Napoli" 7-ci, "Sassuolo" isə 48 xalla 8-ci yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi