"Napoli"nin stadionuna Maradonanın adı verildi

"Napoli"nin stadionuna Maradonanın adı verildi İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.
Futbol
505
4 Dekabr , 2020 20:51
Napolinin stadionuna Maradonanın adı verildi
Dieqo Maradona

İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.

"Report" "Fotball İtalia" nəşrinə istinadən xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.

Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.

"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi