"Napoli"nin bombardiri 3 ay oynamayacaq

"Napoli"nin bombardiri 3 ay oynamayacaq İtaliya "Napoli"sinin futbolçusu Viktor Osimhen üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyat olunub.
Futbol
23 Noyabr , 2021 18:57
Napolinin bombardiri 3 ay oynamayacaq

İtaliya "Napoli"sinin futbolçusu Viktor Osimhen üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyat olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

23 yaşlı forvard "İnter"ə 2:3 hesabı ilə uduzduqları A Seriyası oyununda rəqib komandanın müdafiəçisi Milan Şkrinyarla toqquşma nəticəsində zədələnib. Hazırda özünü yaxşı hiss edən oyunçunun bir neçə gün həkim nəzarət altında qalacağı bildirilib.

Qeyd edək ki, Viktor Osimhen cari mövsüm 14 matçda vurduğu 9 qolla "Napoli"nin ən sərrast futbolçusudur.

Son xəbərlər

Orphus sistemi