"Napoli" iki ildir işsiz olan baş məşqçiyə tapşırılır

"Napoli" iki ildir işsiz olan baş məşqçiyə tapşırılır Luçano Spalletti İtaliyanın "Napoli" komandasının baş məşqçisi olacaq
Futbol
6 May , 2021 17:37
Napoli iki ildir işsiz olan baş məşqçiyə tapşırılır
Luçano Spalletti

Luçano Spalletti İtaliya "Napoli"sinin baş məşqçisi olacaq.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis komandanı 62 yaşlı mütəxəssisə tapşırmağı düşünür.

Neapol təmsilçisi Çempionlar Liqasına vəsiqə qazansa belə, Spalletti hazırkı baş məşqçi Cennaro Qattuzonu əvəzləyəcək. Onun illik maaşı 3 milyon avro olacaq.

Qeyd edək ki, Luçano Spalletti son olaraq 2017 - 2019-cu ildə "İnter"ə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi