"Napoli" azarkeşləri "Çelsi"nin baş məşqçisinin evi önünə banner asıblar

"Napoli" azarkeşləri "Çelsi"nin baş məşqçisinin evi önünə banner asıblar İtaliya Napolisinin fanatları klubun sabiq baş məşqçisi Mauritsio Sarrinin prinsipial rəqib olan Yuventusun sükanı arxasına keçməsi əleyhinə aksiya keçiriblər.
Futbol
29 May , 2019 16:43
Napoli azarkeşləri Çelsinin baş məşqçisinin evi önünə banner asıblar

İtaliya "Napoli"sinin fanatları klubun sabiq baş məşqçisi Mauritsio Sarrinin prinsipial rəqib olan "Yuventus"un sükanı arxasına keçməsi əleyhinə aksiya keçiriblər.

"Report"un məlumatına görə, azarkeşlər hazırda İngiltərənin "Çelsi" komandasına rəhbərlik edən 60 yaşlı mütəxəssisin mənzili önündə banner asıblar. Onlar Sarrini Turinə yollanmaqdan imtina etməyə çağırıblar. Bannerdə isə yazılıb: "Boss, səni sevən neapolluları satma".

Sarrinin "Yuventus"la müqavilə şərtlərini razılaşdırdığı bildirilir. İddialar təsdiqini tapsa, o, Massimiliano Alleqrini əvəzləyəcək. Klub prezidenti Andrea Anyellinin Bakıda "Çelsi"nin baş məşqçisi ilə görüşdüyünə dair xəbərlər yayılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final matçında "zadəganlar" "Arsenal"la qarşılaşacaq. Görüş saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi