"Napoli"nin 4 azarkeşi "İnter"lə oyundan əvvəl bıçaqlanıb

"Napoli"nin 4 azarkeşi "İnter"lə oyundan əvvəl bıçaqlanıb Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XVIII turun “İnter” – “Napoli” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.
Futbol
27 Dekabr , 2018 11:57
Napolinin 4 azarkeşi İnterlə oyundan əvvəl bıçaqlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XVIII turun “İnter” – “Napoli” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, dava-dalaş nəticəsində qonaqların 4 fanatı bıçaqlanıb. Onlardan qarın nahiyəsindən bıçaq yarası alan 43 yaşlı azarkeşin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər 3 nəfər isə yüngül xəsarət alıb.

Bundan başqa, dava zamanı “İnter” azarkeşlərindən biri yaxınlıqdan keçən avtomobil tərəfindən vurulub. Həmin şəxsin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.

Son xəbərlər

Orphus sistemi