Millimizin futbolçusu "Neftçi"də 100-cü oyununu keçirdi

Millimizin futbolçusu "Neftçi"də 100-cü oyununu keçirdi Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.
Futbol
5 Oktyabr , 2020 10:34
Millimizin futbolçusu Neftçidə 100-cü oyununu keçirdi
Namik Ələskərov

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Zirə” ilə səfər matçına qədər 99 oyunda 16 qol vuran yarımmüdafiəçi ağ-qara formada 100-cü dəfə meydana çıxıb.

"Ağ-qaralar"ın heyətində debütü 2017/2018 mövsümündə gerçəkləşən Ələsgərov ölkə çempionatında 84 qarşılaşmada şans qazanıb. 25 yaşlı oyunçu bu görüşlərdə 13 qol vurub. Ölkə kubokunda 9 oyunda 2 dəfə fərqlənən yarımmüdafiəçi Avropa Liqasında 7 matça çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Neftçi" "Zirə"yə 0:1 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi