Namiq Ələsgərov: "Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"

Namiq Ələsgərov: "Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik" "Norveç millisi çox yaxşı vəziyyətdədir"
Futbol
31 Avqust , 2017 23:29
Namiq Ələsgərov: Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik

Oslo. 31 avqust. REPORT.AZ/ "Rəqibin oyun üslubunu analiz etmişik. Oyuna ciddi hazırlaşmışıq".

"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

İyirmi altı yaşlı müdafiəçi məğlubiyyətdən başqa istənilən nəticəni qaneedici sayıb: "Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik".

Millinin digər futbolçusu Namiq Ələsgərov isə meydana yaxşı nəticə üçün çıxacaqlarını bildirib:

"Norveç millisi çox yaxşı vəziyyətdədir. Çexiya ilə oyununa baxmışıq. Bizi ağır oyunun gözlədiyini bilirik. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

Son xəbərlər

Orphus sistemi