"Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub

"Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
21 Dekabr , 2021 19:34
Bursaspor klubunun yeni baş məşqçisi bəlli olub

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Deniz Kolgu yerli jurnalistlərə açıqlama verib.

O, Yücel İldizlə ilkin razılıq əldə olunduğunu bildirib. Kolgu komandanı "Menemenspor"la I Liqanın XVIII tur matçına məhz 68 yaşlı mütəxəssisin çıxaracağını bildirib.

Qeyd edək ki, Yücel İldiz bu vəzifədə Özcan Bizatini əvəzləyəcək.

Son xəbərlər

Orphus sistemi