Namik Ələskərovun durumuna aydınlıq gəlib

Namik Ələskərovun durumuna aydınlıq gəlib Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun durumuna aydınlıq gəlib.
Futbol
28 Mart , 2022 10:13
Namik Ələskərovun durumuna aydınlıq gəlib
Namik Ələskərov

Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun durumuna aydınlıq gəlib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə AFFA-dan "timsahlar"a məlumat verilib.

Malta yığması ilə yoldaşlıq oyununu zədə səbəbindən buraxan 27 yaşlı yarımmüdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilib. Ələskərov Latviya ilə görüşün iştirak ərizəsində yer alacaq.

Qeyd edək ki, martın 29-da Maltada keçiriləcək Azərbaycan - Latviya qarşılaşması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi