Namik Ələskərovun çıxış etdiyi klub baş məşqçisini istefaya göndərib
Futbol
- 07 mart, 2022
- 05:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
"Report" "timsahlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Tamer Tuna 2021-ci il dekabrın 23-də baş məşqçi təyin edilib. Bu, klubun cari mövsüm vidalaşdığı 4-cü mütəxəssis olub. Daha əvvəl Mustafa Er, Fatih Tekke və Özcan Bizati istefaya göndərilib.
Qeyd edək ki, "Bursaspor" 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bursa təmsilçisi rəqiblərindən iki oyun az keçirib.
Son xəbərlər
02:33
Amazon peyklərinin olduğu raket buraxılışdan dərhal sonra qəzaya uğrayıb
İKT
02:10
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
01:59
Meksika kartelləri ABŞ-nin sərhədçilərini izləmək üçün dronlardan istifadə edir
Digər ölkələr
01:45
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
Futbol
01:13
Zelenski: Kəşfiyyat Rusiyanın Ukraynaya yeni zərbələrə hazırlaşdığını bildirir
Digər ölkələr
00:40
Foto
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
Media
00:35
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
İKT
00:25
Kriptovalyuta bazarında bir gündə likvidasiyaların həcmi 2 milyard dolları ötüb
Biznes
00:08
Video
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Hadisə