Namik Ələskərov: "Qələbə üçün hər şeyi edəcəyik"

Namik Ələskərov: "Qələbə üçün hər şeyi edəcəyik" "Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
Futbol
6 Sentyabr , 2021 19:01
Namik Ələskərov: Qələbə üçün hər şeyi edəcəyik
Namik Ələskərov

"Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi fərqli mövqelərdə oynamasının onun üçün problem yaratmadığını bildirib: "Əvvəllər də fərqli mövqelərdə çıxış etmişəm. Harada oynamağımdan asılı olmayaraq, komandama kömək etməyə çalışıram".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi