Namik Ələskərov "Bursaspor"da tibbi müayinədən keçib

Namik Ələskərov "Bursaspor"da tibbi müayinədən keçib Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Namik Ələskərov ötən gün səhər saatlarında Türkiyəyə yollanıb.
Futbol
14 Avqust , 2021 09:23
Namik Ələskərov Bursasporda tibbi müayinədən keçib

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Namik Ələskərov ötən gün səhər saatlarında Türkiyəyə yollanıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Bursaspor"la anlaşan 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. I liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq oyunçunun "Adanaspor"a qarşı mövsümün ilk turunun matçında meydana çıxacağı gözlənilir.

Burnundakı zədəsi tam sağalmayan Ələskərovun xüsusi üz maskası ilə oynayacağı bildirilib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Son xəbərlər

Orphus sistemi