Namik Ələskərov "Bursaspor"a qələbə qazandırıb

Futbol
  • 23 aprel, 2022
  • 19:31
Namik Ələskərov Bursaspora qələbə qazandırıb

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, "timsahlar" XXXIV turda "Denizlispor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu 30-cu dəqiqədə Namik Ələskərov vurub. Görüşə start heyətdə başlayan 27 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə penaltidən yararlana bilməyib. Ələskərov 64-cü dəqiqədə İsmail Yükseklə əvəzlənib.

Qeyd edək ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan "Bursaspor" qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb.

Namik Ələskərov "Bursaspor"a qələbə qazandırıb