Murat Yakın: Dua kimi hücumçuya ehtiyacımız var idi

Murat Yakın: Dua kimi hücumçuya ehtiyacımız var idi Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi.
Futbol
15 İyun , 2024 20:58
Murat Yakın: Dua kimi hücumçuya ehtiyacımız var idi

Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi.

"Report" xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Macarıstan ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının hər bir üzvünün yaxşı çıxış etdiyini bildirib: "Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə istədiyimiz oyunu sərgilədik. Azarkeşlərimiz möhtəşəm idi. Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi. O, bu gün əla oyun sərgilədi. Xoş sözlər üçün hər kəsə təşəkkür edirəm, lakin hələ ki, heç nə əldə etməmişik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün A qrupunun ikinci matçında İsveçrə Macarıstan yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi