"Qəbələ" PSJ-nin yetirməsini transfer edib - VİDEO

"Qəbələ" PSJ-nin yetirməsini transfer edib - VİDEO Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb.
Futbol
30 Yanvar , 2020 17:17
Qəbələ PSJ-nin yetirməsini transfer edib - VİDEO

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. 

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-2019-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi