"Milli komandanın AVRO-2020 öncəsi mənim şəhərimdə oynaması bizi məmnun etdi. Bir millət, iki dövlətə yaraşan hazırlıq matçı oldu".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Azərbaycan millisi ilə yoldaşlıq oyunu barədə danışarkən deyib.
O, hər iki komandanın yaxşı təsir bağışladığını söyləyib: "Bu gün az sayda azarkeş var idi. Xüsusilə alanyalı fanatlara təşəkkür edirik. Həm Türkiyə, həm də Azərbaycanın lehinə şüarlar səsləndirdilər. Siyasəti idmana qarışdırmırıq. Lakin tərəfdarlar Qarabağın kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar".
Çavuşoğlu Türkiyə millisinin AVRO-2020-dəki şanslarını da dəyərləndirib: "İnanıram ki, yığmamız Avropa çempionatında qrupdan çıxıb, çempionluğa doğru irəliləyəcək. Şenol Güneşin rəhbərliyi altında komandamıza güvənirik. Komandamız yaxşı formadadır. Bilirsiniz ki, bəzi görüşlərimiz Azərbaycanda oynayacağıq. Qardaş Azərbaycanın millimizə düşərli olacağına inanırıq".
Qeyd edək ki, qarşılaşma Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.