Mourinyo rəqibin məşqçisinin bloknotuna baxdığına görə sarı vərəqə alıb

Mourinyo rəqibin məşqçisinin bloknotuna baxdığına görə sarı vərəqə alıb Londonun Tottenhem komandasının baş məşqçisi Joze Mourinyo İngiltərə çempionatının Sautqemptona qarşı matçında rəqibin komandanın məşqçi qərargahının üzvünün bloknotuna baxdığına görə sarı vərəqə alıb.
Futbol
1 Yanvar , 2020 23:02
Mourinyo rəqibin məşqçisinin bloknotuna baxdığına görə sarı vərəqə alıb

Londonun "Tottenhem" komandasının baş məşqçisi Joze Mourinyo İngiltərə çempionatının "Sautqempton"a qarşı matçında rəqibin komandanın məşqçi qərargahının üzvünün bloknotuna baxdığına görə sarı vərəqə alıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Mən pis hərəkət etdim və sarı vərəqəyə layiq idim, amma mən özümü giclə bağlı kobud apardım", - Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında öz hərəkətini şərh edib.

Mourinyo noyabrın 20-dən "Tottenhem"ə başçılıq edir. Komanda onun rəhbərliyi altında İngiltərə çempionatında doqquz matç keçirib. Bu qarşılaşmalardan biri heç-heçə ilə nəticələnib, "Tottenhem" üç oyunda məğlubiyyətə uğrayıb, matçların beşində isə qələbə qazanıb.

"Tottenhem" səfər matçında "Sautqempton"a 0:1 hesabı ilə uduzub. Qarşılaşmada yeganə qolu 17-ci dəqiqədə meydan sahiblərinin heyətində Denni İnqs vurub. Bu, 27 yaşlı futbolçunun cari mövsümdə 13-cü qolu olub. 

Son xəbərlər

Orphus sistemi