Mourinyo derbinin baş hakimini tənqid etdi

Mourinyo derbinin baş hakimini tənqid etdi "Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının XXVIII turunun "Arsenal"la səfər matçının baş hakimi Maykl Oliverin idarəçiliyindən narazı qalıb
Futbol
14 Mart , 2021 23:49
Mourinyo derbinin baş hakimini tənqid etdi

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının XXVIII turunun "Arsenal"la səfər matçının baş hakimi Maykl Oliverin idarəçiliyindən narazı qalıb.

"Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis 1:2 hesabı ilə uduzduqları London derbisindən sonra mətbuat konfransında 36 yaşlı referini üstüörtülü formada tənqid edib.

Mourinyo Oliverlə bağlı bunları deyib: "Hakimlər matçlardan sonra müsahibə vermirlər, elə deyilmi? Çox təəssüf".

Qeyd edək ki, təcrübəli referi matçın 76-cı dəqiqəsində "Tottenhem"in yarımmüdafiəçisi Erik Lamelaya ikinci vərəqəni göstərərək, onu meydandan qovub. Hazırda "Arsenal" 41 xalla 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi