Rusiyanın paytaxtı Moskvanın mərkəzində onlarla məhəllə sakini bel və linglə kütləvi dava edib.
"Report"un Ren TV-yə istinadən verdiyi məlumata görə, tərəflər münaqişə baş verənədək futbol oynayıblar.
Matç zamanı məhəllə sakinlərindən biri qaydaları kobudcasına pozub. Komandalar sonradan görüşərək bu epizodu müzakirə etməyə razılaşıblar.
Münasibətlərin aydınlaşdırılması isə bel və linglə davaya keçib.
Toqquşma nəticəsində zərərçəkən olmayıb. Münaqişənin 10-dan çox iştirakçısı saxlanılıb, qalanları isə qaçaraq dağılışıb.