Moskva "Lokomotiv"i Çempionlar Liqasının anti-rekordunu təkrarlayıb

Moskva "Lokomotiv"i Çempionlar Liqasının anti-rekordunu təkrarlayıb Bakı. 7 noyabr. REPORT.AZ/ Moskvanın Lokomotiv klubu futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur matçında Portuya məğlub olub.
Futbol
118
7 Noyabr , 2018 06:53
Moskva Lokomotivi Çempionlar Liqasının anti-rekordunu təkrarlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Moskvanın "Lokomotiv" klubu futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur matçında "Portu"ya məğlub olub.

“Report” xəbər verir ki, Portu şəhərinin "Draqau" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Moskva klubu bu mövsüm ÇL-də keçirdiyi 4 oyunun hamısında məğlub olub və qrup mərhələsinin sonuna iki tur qalmış 1/8 finalına çıxmaq şanslarını itirib. "Lokomotiv" bununla da, birinci səbətin dördüncü turdan sonra qrupdan çıxmaq şanslarını itirmiş ikinci komandası olub. Bu uğursuzluqla üzləşmiş ilk klub 1995/96-cı illər mövsümündə çıxış edən İngiltərə "Blekbern"i olub.

Hazırda "Lokomotiv" "D" qrupunda sonuncu pillədə qərarlaşıb. Lakin buna baxmayaraq üçüncü yerə yüksələrək Avropa Liqasının "play-off" mərhələsinə düşmək şanslarını saxlayır.

Qrupun lideri 10 xal ilə "Portu"dur. İkinci yerdə "Şalke" (8), üçüncü pillədə isə "Qalatasaray" (4) qərarlaşıb.

Ötən gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Son xəbərlər

Orphus sistemi