Moskvanın ÇSKA klubu "Fənərbağça"ya mərkəz yarımmüdafiəçisi Ozan Tufana görə 10 milyon avro təklif edib.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, 25 yaşlı futbolçu ilə həmçinin "Milan", "Kristal Pelas" və "Vest Bromviç Albion" klubları da maraqlanır. Ancaq "Fənərbağça" klublara bildirib ki, Tufanı 15 milyon avrodan aşağı qiymətə satmayacaq.
Ozan Türkiyə çempionatının ötən mövsümündə 33 matçda iştirak edib və 6 qol vurub, habelə 6 məhsuldar ötürmə edib. O, cari mövsümdə fəallığı ilə seçilib. Belə ki, mərkəz yarımmüdafiəçisi 15 oyunda 4 dəfə fərqlənib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.