Monteneqrolu futbolçu: "Azərbaycanla oyuna 3 xal üçün çıxacağıq"

Monteneqrolu futbolçu: "Azərbaycanla oyuna 3 xal üçün çıxacağıq" "Millətlər Liqasının startında Kipr və Lüksemburqu məğlub edərək 6 xal qazandıq. Turnirə yaxşı başlamaq və maksimum nəticə əldə etmək olduqca vacibdir".
Futbol
9 Oktyabr , 2020 16:26
Monteneqrolu futbolçu: Azərbaycanla oyuna 3 xal üçün çıxacağıq

"Millətlər Liqasının startında Kipr və Lüksemburqu məğlub edərək 6 xal qazandıq. Turnirə yaxşı başlamaq və maksimum nəticə əldə etmək olduqca vacibdir".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu Aleksandar Bolyeviç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, arxayınlaşmaq olmaz: "Növbəti rəqibimiz Azərbaycan olacaq. Tamamilə sabahkı oyuna köklənmişik və məqsədimiz aydındır. Evdə oynayırıq, özümüzə və keyfiyyətimizə güvənirik. Buna görə də meydana növbəti 3 xal üçün çıxacağıq".

Belçika "Standard"ında çıxış edən oyunçu qrupda keçirdikləri ilk 2 matçı xatırlayıb: "Kiprə qarşı əla oynadıq. İlk dəqiqələrdən sonadək oyuna nəzarət etdik. Lüksemburqla qarşılaşmada isə gördük ki, bizdə güc çatışmır. Buna baxmayaraq, mübarizə apardıq, vuruşduq və sonda bəxtimiz gətirdi. Ümid edirəm ki, bu dəfə daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi