Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç Latviya ilə yoldaşlıq görüşü, həmçinin Azərbaycan və Lüksemburqla UEFA Millətlər Liqasının oyunu üçün heyəti açıqlayıb.
"Report"un Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 63 yaşlı mütəxəssis 23 futbolçuya dəvət göndərib.
Qapıçılar: Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə)
Müdafiəçilər: Stefan Saviç (“Atletiko” Madrid, İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momçilo Raspopoviç (“Riyeka”, Xorvatiya)
Yarımmüdafiəçilər: Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard” Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Deni Hoçko (“Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçöpinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə)
Hücumçular: Fatos Beçiray (“Visla” Krakov, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç).
Qeyd edək ki, Monteneqro yığması hər 3 oyunu öz meydanında keçirəcək. Latviya ilə qarşılaşma oktyabrın 7-də, Azərbaycanla matç oktyabrın 10-da, Lüksemburqla görüş isə oktyabrın 13-də olacaq. Hazırlıq prosesi oktyabrın 4-də start götürəcək.