Tanınmış klubun vitse-prezidenti istefaya göndərilib

Tanınmış klubun vitse-prezidenti istefaya göndərilib Bakı. 14 fevral. REPORT.AZ/ Fransanın Monako klubunun vitse-prezidenti Vadim Vasilyev postundan ayrılıb.
Futbol
14 Fevral , 2019 21:11
Tanınmış klubun vitse-prezidenti istefaya göndərilib

Bakı. 14 fevral. REPORT.AZ/ Fransanın "Monako" klubunun vitse-prezidenti Vadim Vasilyev postundan ayrılıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, qərar Knyazlıq təmsilçisinin prezidenti Dmitri Rıbolovlev tərəfindən qəbul olunub. 

"Monako" hazırda Fransa çempionatında 24 turdan sonra 19 xalla 18-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, Vadim Vasilyevin daha öncə futbolçuların satışından faiz götürdüyü üzə çıxıb. 

Son xəbərlər

Orphus sistemi