"Monako" rusiyalı futbolçunu ölkəsinə buraxmadı
Futbol
- 19 mart, 2021
- 16:56
Fransanın "Monako" komandasının futbolçusu Aleksandr Qolovin Rusiya millisinin Soçidəki təlim-məşq toplanışına qatıla bilməyəcək.
"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub 25 yaşlı yarımmüdafiəçinin ölkəsinə getməsinə icazə verməyib.
O, komandasının DÇ-2022-nin seçmə mərhələsində martın 27-də Sloveniya ilə evdə oynayacağı matçda çıxış etməyəcək.
Rusiya Avropa Birliyinə daxil olmadığından, Qolovin yığmanın düşərgəsindən qayıtdıqdan sonra 5 gün karantində qalmalı idi. Bunu nəzərə alan "Monako" rəhbərliyi onun Soçi toplanışında və ölkəsindəki oyunda iştirak etməməsini məqsədəuyğun sayıb.
Amma Qolovin Rusiya millisinin martın 24-də Malta və 30-da Slovakiya ilə səfər görüşlərində meydana çıxa biləcək.
Son xəbərlər
01:38
BMT TŞ Trampın Qəzza planını dəstəkləyən qətnaməni noyabrın 17-də səsverməyə çıxaracaq
Digər ölkələr01:22
Foto
ABŞ-nin Merilənd ştatında Azərbaycan mədəniyyəti tanıdılıb
Mədəniyyət siyasəti00:46
Belçika XİN: Kiyevdəki Azərbaycan səfirliyinə zərbə endirilməsindən dərin narahatlıq duyuruq
Digər ölkələr00:36
İstanbulda metro tikintisi zamanı çökmə baş verib, bir nəfər ölüb - YENİLƏNİB-2
Region00:24
Fransada BFMTV-nin binasında partlayış təhdidinin yalan olduğu üzə çıxıb - YENİLƏNİB
Digər ölkələr00:08
Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
Region23:42
DÇ-2026: Türkiyə yığması pley-off mərhələsinə vəsiqəni təmin edib
Futbol23:41
Video
Bakıda yaşayış binasındakı yanğında zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib - YENİLƏNİB
Hadisə23:20