“Monako”nun azarkeşləri Çempionlar Liqasında “Beşiktaş”la səfər matçına aparılmayacaqlar

“Monako”nun azarkeşləri Çempionlar Liqasında “Beşiktaş”la səfər matçına aparılmayacaqlar Bu addım tərəfdarlar arasında mümkün qarşıdurmanı önləmək üçün atılıb
Futbol
12 Sentyabr , 2017 15:01
“Monako”nun azarkeşləri Çempionlar Liqasında “Beşiktaş”la səfər matçına aparılmayacaqlar

Bakı. 12 sentyabr. REPORT.AZ/ Fransanın “Monako” klubu Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Beşiktaş”a qarşı keçirəcəyi oyuna azarkeş aparmayacaq.

"Report"un məlumatına görə, bu barədə "knyazlıq təmsilçisi"nin rəsmi “Twitter” səhifəsi vasitəsilə verilən açıqlamada bildirilir. 

Qeyd olunur ki, Milli Xuliqanlıqla Mübarizə Birliyinin (DNLH) tövsiyəsi əsasında bu cür qərar qəbul olunub. “Monako” azarkeşlər arasında mümkün qarşıdurmanı önləmək üçün bu addımı atıb. Bu səbəbdən İstanbulda “Vodafone Park” stadionunda baş tutacaq görüş üçün bilet satışı təşkil edilməyəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Monako” matçı noyabrın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi