"Molde" rəsmisi "Qarabağ"a qalib gəldikləri oyunu fərqləndirdi

"Molde" rəsmisi "Qarabağ"a qalib gəldikləri oyunu fərqləndirdi Norveçin "Molde" klubunun idman direktoru Kalle İndbyör komandası üçün 2020-ci ilin ən yaddaqalan hadisəsini açıqlayıb.
Futbol
23 Dekabr , 2020 14:13
Molde rəsmisi Qarabağa qalib gəldikləri oyunu fərqləndirdi

Norveçin "Molde" klubunun idman direktoru Kalle İndbyör komandası üçün 2020-ci ilin ən yaddaqalan hadisəsini açıqlayıb.

"Report" xəbər verir ki, o, "rbnett.no" saytına müsahibəsində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə "Qarabağ"ı məğlub edib, pley-offa vəsiqə qazandıqları oyunu fərqləndirib.

İndbyör bu qələbə ilə təkcə mərhələ adlamadıqlarını, həm də klubun büdcəsini zənginləşdirdiklərini bildirib: "Çoxları baş məşqçi Erlinq Monu 4-5-1 taktiki sxemindən itifadə etdiyi üçün qınayırdı. Amma şəxsən mən cəsarəti üçün ona təşəkkür etdim. Axı, söhbət Avropadakı matçların təhlükəsizliyindən gedirdi. Eyni zamanda Avstriyanın "Rapid" (Vyana) klubu ilə ev oyunumuzu ilin ən yaxşı oyunu adlandırardım".

Qeyd edək ki, "Molde" klubu Bakıda keçirilməli olan matçdan dönüşdə 10 günlük karantinə alınacağı üçün UEFA qarşılaşmanın neytral meydanda oynanılmasına qərar vermişdi. Kiprin Larnaka şəhərində baş tutmuş görüşün əsas və əlavə vaxtı qolsuz bərabərə bitdiyi üçün qalibi penaltilər seriyası müəyyənləşdirmişdi. Burada daha dəqiq oynayan Norveç təmsilçisi növbəti raunda yüksəlmişdi.

Son xəbərlər

Orphus sistemi