MOK-un vitse-prezidenti: "Ümid edirəm ki, yeni strategiya nəticəsində Azərbaycanda futbol inkişaf edəcək"

MOK-un vitse-prezidenti: "Ümid edirəm ki, yeni strategiya nəticəsində Azərbaycanda futbol inkişaf edəcək" Yeni strategiya hazırlanır. Ümid edirəm ki, məhz bunun nəticəsində Azərbaycanda futbol inkişaf edəcək və lazım olan səviyyəyə çatacaq.
Futbol
11 aprel 2025 10:31
MOK-un vitse-prezidenti: Ümid edirəm ki, yeni strategiya nəticəsində Azərbaycanda futbol inkişaf edəcək
Çingiz Hüseynzadə

Yeni strategiya hazırlanır. Ümid edirəm ki, məhz bunun nəticəsində Azərbaycanda futbol inkişaf edəcək və lazım olan səviyyəyə çatacaq.

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat Konfransında deyib.

MOK rəsmisi müstəqillik qazanandan sonra bütün dünyaya yüksək nəticə qazana bildiyimizi sübut etdiyimizi söyləyib:

"Əsas odur ki, istək olsun. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi buna nail olacaq. Bir il tez keçdi. Bu il yığma komandalarımız zəif çıxış etdi. Bu o demək deyil ki, kollektiv idman növlərində nəticələrimiz olmayacaq. 3x3 basketbol üzrə Azərbaycan komandası Paris olimpiadasında 7-ci yeri tutub. Ümid edirəm ki, növbəti olimpiadada futbol millimiz də yer alacaq".

Son xəbərlər

Orphus sistemi