MOİK rəsmisi: "Qarabağ"la düşsəydik, Azərbaycan bizi yaxşı qarşılayardı"

Futbol
  • 03 oktyabr, 2020
  • 09:31
MOİK rəsmisi: Qarabağla düşsəydik, Azərbaycan bizi yaxşı qarşılayardı
Roman Babayev

Rusiyanın MOİK klubunun baş direktoru Roman Babayev UEFA Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkünü dəyərləndirib.

"Report" xəbər verir ki, Moskva təmsilçisinin rəsmisi "Sport24" nəşrinə müsahibəsində komandanın "Qarabağ"la eyni qrupa düşmə ehtimalından da söz açıb.

O bildirib ki, eyni qrupda yer alsaydılar, Azərbaycan tərəfi MOİK-in Bakıya səfəri üçün bütün lazımi şəraiti yaradacaqdı: "Əminəm ki, "Qarabağ"la bir qrupa düşsəydik, Azərbaycan bizim üçün ən mütəşəkkil və qonaqpərvər qəbulu təmin edərdi. 2004-cü ildə Bakıda "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyununa çıxmışıq. O vaxt hər şey yüksək səviyyədə təşkil olunmuşdu".

Qeyd edək ki, MOİK "Dinamo" (Zaqreb, Xorvatiya), "Feyenoord" (Niderland) və "Volfsberq" (Аvstriya) komandaları ilə birlikdə eyni qrupda yer alıb. "Qarabağ" isə I qrupunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə mübarizə aparacaq.

"Neftçi" MOİK-lə ev oyununda 0:0 hesablı heç-heçə etsə də, səfər matçında uduzub - 0:2. 

44 filmi