MOİK-in baş məşqçisi: "Kramarenko sakit və balanslı mütəxəssisdir"

MOİK-in baş məşqçisi: "Kramarenko sakit və balanslı mütəxəssisdir" "O, gənc qapıçılarla işləməyi sevir"
Futbol
4 Mart , 2021 19:52
MOİK-in baş məşqçisi: Kramarenko sakit və balanslı mütəxəssisdir

Rusiya MOİK-in baş məşqçisi Viktor Qonçarenko komandanın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun iş üslubundan danışıb.

"Report"un məlumatına görə, o, Moskva təmsilçisinin rəsmi saytına müsahibəsində həmyerlimizin sakit və balanslı mütəxəssis olduğunu bildirib.

Qonçarenkonun sözlərinə görə, Kramarenko kollektivə tez uyğunlaşıb: "O, gənc qapıçılarla işləməyi sevir və bacarır. Kollektivə elə rahat qoşulub ki, sanki həmişə yanımızda olub".

Qeyd edək ki, Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən D.Kramarenko MOİK-lə 2021-ci il mayın sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti başa çatdıqdan sonra uzadıla bilər.

Son xəbərlər

Orphus sistemi