Çeslav Mixneviç: "Emrelinin zəruri məsələləri başa düşmək sarıdan problemləri olub"

Çeslav Mixneviç: "Emrelinin zəruri məsələləri başa düşmək sarıdan problemləri olub" "Mahir Emreli daha "Legiya"da oynamayacaq".
Futbol
2 Fevral , 2022 09:42
Çeslav Mixneviç: Emrelinin zəruri məsələləri başa düşmək sarıdan problemləri olub
Çeslav Mixneviç

"Mahir Emreli daha "Legiya"da oynamayacaq".

"Report" "Sparkchronicles" nəşrinə istinadən xəbər verir ki, bunu Polşanın "Legiya" klubunun sabiq baş məşqçisi Çeslav Mixneviç deyib.

Hazırda Polşa millisinə rəhbərlik edən 52 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun yanlış insanlara güvəndiyini bildirib. Mixneviçin sözlərinə görə, Emrelinin zəruri məsələləri başa düşmək sarıdan da problemləri olub.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" oyundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və qış təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas Anıl Dinçerlə əlaqəyə keçən hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Lukinyas isə hazırlıq prosesinə qatılıb və ona kapitan sarğısı verilib.

Son xəbərlər

Orphus sistemi