​Mişel Platini Parisdə baş verənləri "kor vəhşilik" adlandırıb

​Mişel Platini Parisdə baş verənləri "kor vəhşilik" adlandırıb UEFA rəhbəri ölənlərin yaxınlarına başsağlığı verib
Futbol
15 Noyabr , 2015 11:12
​Mişel Platini Parisdə baş verənləri kor vəhşilik adlandırıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol fəaliyyətindən 2016-cı ilin yanvar ayınadək kənarlaşdırılan UEFA prezidenti Mişel Platini Parisdə törədilən terror aktları nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, Platini baş verənləri "kor vəhşilik" adlandırıb.

"Mən bu kor vəhşilik aktları ilə bağlı dərin kədər və hiddətimi bildirmək istərdim. Həmçinin qurbanların yaxınlarına başsağlığı vermək istəyirəm və zərərçəkənlərin tezliklə sağalmasını diləyirəm", — deyə keçmiş fransız futbolçu bildirib.

Noyabrın 14-nə keçən gecə Fransanın paytaxtı Parisdə yeddi yerdə törədilən terror aktları nəticəsində 120-dən çox insan həyatını itirib, onlarla şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi