Mişel Platini: "FİFA və CAS mənim işləməyimə mane olan klounlardır"

Mişel Platini: "FİFA və CAS mənim işləməyimə mane olan klounlardır" O, haqsız yerə futboldan kənarlaşdırıldığını qeyd edib
Futbol
29 Mart , 2018 20:49
Mişel Platini: FİFA və CAS mənim işləməyimə mane olan klounlardır

Bakı. 29 mart. REPORT.AZ/ FİFA-nın sabiq prezidenti Mişel Platini UEFA və Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) haqqında maraqlı açıqlama verib.

"Report"un "Marianne.net"ə istinadən verdiyi məlumata görə, o, haqsız yerə futboldan kənarlaşdırıldığını qeyd edib.

"Məni 4 il müddətində futboldan uzaqlaşdırdılar. Amma mən nə etdim? Mənə işləməyə mane olan klounlar kimlərdir. Bu hüququ onlara kim verib? FİFA və CAS hakimləri düzgün qərar çıxarmadılar. Ona görə də hüquqi müstəvidə mübarizə aparacağam", - M.Platini deyib. 

Sabiq prezident daha sonra saxtakarlıq və pulların yuyulmasına görə ittiham olunduğunu və bunların əsassız olduğunu deyib. Platini hər iki qruma qarşı mübarizəyə başlayacağını və sonda haqlı olacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, M.Platini FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı üçün əvvəlcə 8 il müddətinə futboldan uzaqlaşdırılıb. Onun etirazından sonra cəzası 6 ilə, daha sonra isə 4 ilə endirilib.

Son xəbərlər

Orphus sistemi