Mirsahib Abbasov: "Ən azı heç-heçəyə layiq idik"

Mirsahib Abbasov: "Ən azı heç-heçəyə layiq idik" Bakı. 27 sentyabr. REPORT.AZ/ Əsas nəticə əldə etməkdir. Oyunu udmaq, ən azı meydanı 1 xalla tərk etmək istəyirdik. Təəssüf ki, belə alındı”.
Futbol
27 Sentyabr , 2018 03:40
Mirsahib Abbasov: Ən azı heç-heçəyə layiq idik

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Əsas nəticə əldə etməkdir. Oyunu udmaq, ən azı meydanı 1 xalla tərk etmək istəyirdik. Təəssüf ki, belə alındı”.

"Report"un məlumatına görə, bunu "Zirə”nin futbolçusu Mirsahib Abbasov "Qarabağ”a 2:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının I turundan təxirə salınmış oyundan sonra deyib.

Komandasının hər iki qolunu vuran 25 yaşlı hücumçu bildirib ki, meydana çıxanda da bu barədə düşünüb: "İlk epizodda topu qəbul edib bir az irəlilədim və qapını görən kimi zərbə vurdum. Yaxşı zərbə alındı. İkinci qolda isə hazır vəziyyətdə dayanmışdım. Bilirdim ki, komanda yoldaşım ötürmə verəcək. Həmin vaxt topu hara göndərəcəyimi bilirdim. İlk qolda isə sadəcə qapıya vurdum. Elə də güclü vurmasam da, qol oldu”.

Abbasov bu il cəmi 3 qələbə qazanmalarına baxmayaraq, bir çox oyunda 3 xala layiq olduqlarını vurğulayıb: "Bir çox matçda qələbəyə, ən pis halda 1 xala layiq oyun sərgilədiyimiz halda uduzmuşuq. Yəqin bəxt çatışmır. Məncə, bugünkü matçda ən azı heç-heçəyə layiq idik. Növbəti turda "Sumqayıt”la qarşılaşacağıq. Həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məncə, qalib gəlsək, vəziyyətimiz başqa cür olacaq”.

Qeyd edək ki, hazırda "Zirə" 1 xalla sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi