Mirça Luçeskunun oğlu istefaya göndərildi

Mirça Luçeskunun oğlu istefaya göndərildi "Əl Hilal" hazırda ölkə çempionatında 3-cü pillədə qərarlaşıb
Futbol
15 Fevral , 2021 18:03
Mirça Luçeskunun oğlu istefaya göndərildi

Səudiyya Əbəbistanının "Əl Hilal" komandasının baş məşqçisi Razvan Luçesku istefaya göndərilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub.

"Əl Hilal" hazırda ölkə çempionatında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Razvan Luçesku Ukraynanın "Dinamo" (Kiyev) komandasına başçılıq edən Mirça Luçeskunun oğludur.

Son xəbərlər

Orphus sistemi