Mirça Luçesku Kiyev "Dinamo"sunda ilk titulunu qazandı

Mirça Luçesku Kiyev "Dinamo"sunda ilk titulunu qazandı Mirça Luçesku Ukraynanın "Dinamo" (Kiyev) futbol komandasının baş məşqçisi kimiilk titulunu qazanıb.
Futbol
26 Avqust , 2020 07:29
Mirça Luçesku Kiyev Dinamosunda ilk titulunu qazandı

Mirça Luçesku Ukraynanın "Dinamo" (Kiyev) futbol komandasının baş məşqçisi kimi ilk titulunu qazanıb. 

"Report" xəbər verir ki, rumıniyalı mütəxəssis ölkə Super Kuboku matçında keçmiş klubu Donetsk "Şaxtyor"unu məğlubiyyətə uğradıb - 3:1. 

Ukrayna Super Kuboku

"Şaxtyor" (Donetsk) - "Dinamo" (Kiyev) - 1:3

Qollar: Junior Moraes, 37 - Karlos De Pena, 20. Gerson Rodriges, 31. Fran Sol, 83

Bununla da "Dinamo" ardıcıl 3-cü, ümumilikdə 9-cu dəfə Ukrayna Super Kubokunun sahibi olub. Bu isə bu turnirdə rekord göstəricidir.

Son xəbərlər

Orphus sistemi