Mirça Luçesku "Fənərbağça"dan təklif aldığını açıqlayıb

Mirça Luçesku "Fənərbağça"dan təklif aldığını açıqlayıb Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyənin "Fənərbağça" klubundan təklif alıb.
Futbol
19 May , 2022 11:11
Mirça Luçesku Fənərbağçadan təklif aldığını açıqlayıb
Mirça Luçesku

Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyənin "Fənərbağça" klubundan təklif alıb.

"Report" xəbər verir ki, 77 yaşlı mütəxəssis bu barədə "Gazeta Sporturilor" nəşrinə açıqlamasında bildirib.

Luçesku İstanbul təmsilçisindən çox ciddi təklif aldığını vurğulayıb: "Dinamo" ilə 2024-cü ilədək müqaviləm var. Onları bu xaosun içində buraxıb gedə bilmərəm. "Fənərbağça" da daxil olmaqla çox ciddi təkliflər almışam, ancaq burada qalmağa qərar verdim. Çünki hər hansı təklifə görə "Dinamo"dan getməyim qorxaqlıq olardı. Dünyadakı heç bir şey mənə bunu məcbur etdirə bilməz".

Qeyd edək ki, Mirça Luçesku 2001/2022 mövsümündə "Qalatasaray"la, 2002/2003 mövsümündə "Beşiktaş"la Türkiyə Super Liqasının qalibi olub. Mövsümün sonunda portuqaliyalı Jorji Jezuşun "Fənarbağça"da baş məşqçi təyin olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi