Mirabdulla Abbasov: “Neftçi”də eniş dövrü başlamayıb”

Mirabdulla Abbasov: “Neftçi”də eniş dövrü başlamayıb” Bakı. 16 dekabr. REPORT.AZ/ “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
16 Dekabr , 2018 07:26
Mirabdulla Abbasov: “Neftçi”də eniş dövrü başlamayıb”

Bakı. 16 dekabr. REPORT.AZ/ “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir:

Oyun haqqında nə deyə bilərsiniz?

- Yaxşı başlamadıq, iki qol buraxdıq. Sonradan imkanlarımız olsa da, qol vura bilmədik. Bu qarşılaşmanı iki hissə olaraq dəyərləndirirəm, hələ ilk hissə geridə qalıb. Cavab matçında yaxşı olacağını düşünürəm.

“Neftçi” heç özünə oxşamırdı. Əvvəlki oyunlardakı kimi qol vəziyyətləri yarada bilmirdiniz, komanda istəkli görünmürdü. Nə baş verir?

- Rəqib oyuna çox ciddi hazırlaşmışdı. Əsas bu amil bizə mane olurdu.

Son iki oyunda bu rəqiblə qarşılaşmısınız. Çempionatda 0:0, bu dəfə 0:2. Komandada eniş dövrü başlayıb?

- Belə deməzdim. Heç bir komanda bütün oyunlarda qalib gələ bilməz. Məncə, eniş dövrü deyil. İkinci oyunda əlimizdən gələni edib lazım olan nəticəni qazanacağıq.

Çempionatdakı oyundan sonra hiss edirdinizmi ki, kubokda da bu rəqibə qarşı çətinliklə üzləşəcəksiniz...

- “Sumqayıt” yaxşı komandadır. Çox əla müdafiə olunurlar.

Bu gün tribunada “Forza Neftçi”nin yoxluğu nə dərəcədə hiss olunurdu?

- Fanatlarımızın oyunda olmamağı ümumi atmosferə təsir eləsə də, nəticəni ona bağlamazdım. Müəyyən təsiri var, amma onların yoxluğu qlobal problem deyil.

Cavab oyunu öncəsi “Neftçi”nin turu keçmək şansı nə qədərdir?

- Əsas odur ki, oyuna psixoloji cəhətdən düzgün hazırlaşaq. Belə olarsa, komanda yoldaşlarıma inanıram və mərhələ keçəcəyimizi düşünürəm.

Karikari keçən oyundan sonra müsahibəsində demişdi ki, oynamamağının əsas səbəbi Mirabdulladır. Bu fikrə münasibətiniz necədir?

- Nə deyim? Sevindirici haldır ki, belə fikirləşir.

“Qarabağ” Avroliqada çıxışını başa vurdu. Qışdan sonra rəqabətin daha da güclənəcəyini gözləyirsiniz?

- Ola bilər, amma düşünürəm ki, “Qarabağ”ın onsuz da geniş heyəti var idi və müxtəlif cəbhələrdə mübarizə aparacaq gücdədir. Ona görə çox da fərq etməyəcəyini fikirləşmirəm.

Son xəbərlər

Orphus sistemi