Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi: "Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq"

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi: "Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq" "Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq".
Futbol
3 Noyabr , 2023 10:36
Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi: Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq

"Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis finala gedən yolda qalibiyyətə ümid etdiklərini bildirib: "Mən hər zaman komandama inanıram. Amma oyunun yaxşı alınmasından çox şey asılıdır. Xalqımıza final sevinci yaşatmaq istəyirik".

Quliyev Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final oyununa da toxunub: "Maraqlı qarşılaşma alındı. Rəqib çox yaxşı komandadır. Onlara qarşı çıxış etmək bütün kollektivlər üçün çətindir. Oyunçuları və xalqımızı qələbə münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, bu gün reallaşacaq Azərbaycan - Qazaxıstan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi