Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq
Futbol
- 30 may, 2026
- 09:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.
Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.
Son xəbərlər
17:09
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3 % artıb
Biznes
17:04
İspaniyanın Mursiya bölgəsinin parlamenti Sançesi "persona non-qrata" elan edib
Digər ölkələr
17:01
Martin Subimendi qışda "Arsenal"dan ayrıla bilər
Futbol
17:00
Foto
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Hadisə
16:47
Foto
Daha 20 tələbəyə təqaüd veriləcək
Elm və təhsil
16:42
Foto
Azərbaycan İordaniya ilə viza prosedurlarının sadələşdirilməsini müzakirə edib
Turizm
16:40
Dövlət satınalmalarının vahid internet portalında yeni modul yaradılıb
Biznes
16:40
Foto
Video
"Bank of Baku"nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Maliyyə
16:36
"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır
Maliyyə