Minifutbol çempionatı: “Zirə” ardıcıl 11-ci qələbəsini qazanıb

Minifutbol çempionatı: “Zirə” ardıcıl 11-ci qələbəsini qazanıb Minifutbol üzrə Azərbaycan çempionatında XI turun oyunları keçirilib.
Futbol
22 Fevral , 2024 10:33
Minifutbol çempionatı: “Zirə” ardıcıl 11-ci qələbəsini qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında XI turun oyunları keçirilib.

“Report”un məlumatına görə, favoritlər növbəti qələbələrini qazanıblar.

Lider “Zirə” ardıcıl 11-ci qalibiyyətini əldə edərək, xallarının sayını 33-ə çatdırıb. Son çempion “Birbaşa Bakı” Azərbaycan millisinin sabiq futbolçularından qurulan “İnter”dən güclü olub. İkinci sıradakı “Birbaşa Bakı”nın hesabında 27 xal var.

“Abşeron”u minimal fərqlə üstələyən “Odlar Yurdu” isə 24 xalla üçüncü yerdədir.

Azərbaycan çempionatı

XI tur

“Atəşgah Suraxanı” – “Turan” 2:6

“İnter” – “Birbaşa Bakı” 2:4

“Zirə” – “Aznur” 5:2

“Real Bakı” – “Sumqayıt” 4:3

“Siyəzən” – “Veteran” 4:6

“Dinamo Gəncə” – “Galaxy Baku” 0:2

“Baku Fire” – “Dirçəliş” 4:3

“Odlar Yurdu” – “Abşeron” 2:1

Son xəbərlər

Orphus sistemi