Millinin sabiq üzvü Aleksey Baqanın köməkçisi təyin olunub

Millinin sabiq üzvü Aleksey Baqanın köməkçisi təyin olunub “Sumqayıt” futbol klubunun əsas komandasının məşqçilər heyətində yeni təyinat olub.
Futbol
27 İyun , 2022 13:18
Millinin sabiq üzvü Aleksey Baqanın köməkçisi təyin olunub

“Sumqayıt” futbol klubunun əsas komandasının məşqçilər heyətində yeni təyinat olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin sabiq müdafiəçisi Rail Məlikov baş məşqçi Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, 37 yaşlı veteran oyunçu "Sumqayıt"da keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxıb. O, həmçinin, Azərbaycanda “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının, Türkiyədə isə "Denizlispor"un formasını geyinib. Azərbaycan millisində də çıxış etmiş Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib.

Son xəbərlər

Orphus sistemi