Argentina millisinin sabiq futbolçusu yenidən komaya düşdü

Argentina millisinin sabiq futbolçusu yenidən komaya düşdü O, 2009-cu ildə Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığında avtomobilini qaçırmağa çalışan şəxs tərəfindən başından güllə ilə vurulmuşdu
Futbol
259
7 Yanvar , 2021 12:33
Argentina millisinin sabiq futbolçusu yenidən komaya düşdü
Fernando Kaseres

Argentina millisinin və İspaniyanın "Valensiya" klublarının sabiq futbolçusu Fernando Kaseres xəstəxanaya yerləşdirilib.

"Report" "yarasalar"ın rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı veteran müdafiəçi komaya düşüb. Kaseresin hansı səbəbdən bu problemlə üzləşdiyi açıqlanmayıb.

O, 2009-cu ildə Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığında avtomobilini qaçırmağa çalışan şəxs tərəfindən başından güllə ilə vurulmuşdu. Keçmiş futbolçu həmin vaxt 8 həftə koma vəziyyətində qalsa da, sonradan yaxşılaşmışdı.

Qeyd edək ki, İspaniyada "Selta"nın da formasını geyinmiş Fernando Kaseres 2007-ci ildə futbolçu karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi