Portuqaliya - Azərbaycan oyunu "Yuventus"un stadionunda

Portuqaliya - Azərbaycan oyunu "Yuventus"un stadionunda Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində təşkil olunacaq
Futbol
3 Mart , 2021 22:12
Portuqaliya - Azərbaycan oyunu Yuventusun stadionunda

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.

Son xəbərlər

Orphus sistemi