Millinin baş məşqçisi süni nəfəs aparatına qoşuldu

Millinin baş məşqçisi süni nəfəs aparatına qoşuldu Renan Dal Zotto koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib
Futbol
20 Aprel , 2021 00:07
Millinin baş məşqçisi süni nəfəs aparatına qoşuldu
Renan Dal Zotto

Braziliyanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Renan Dal Zotto koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

"Report" Braziliya Voleybol Konfederasiyasının (CBV) rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis süni nəfəs aparatına qoşulub. Onun 48 - 72 saat bu vəziyyətdə qalacağı bildirilib.

"Globoesporte" nəşrinin yazdığına görə, Dal Zottoya artıq COVID-19 vaksininin birinci dozası vurulub.

Daha əvvəl CBV-nin vitse-prezident Radames Lattari analoji səbəbdən xəstəxanaya aparılıb. Süni nəfəs aparatına qoşulan konfederasiya rəsmisinin hazırda özünü yaxşı hiss etdiyi qeyd olunub.

Xatırladaq ki, Braziliya millisi təsnifat turnirinin nəticələrindən sonra Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi