Millinin baş məşqçisi: Ən güclü komandalardan biri Azərbaycandır

Millinin baş məşqçisi: Ən güclü komandalardan biri Azərbaycandır Ən güclü komandalardan biri Azərbaycandır.
Futbol
27 May , 2024 14:52
Millinin baş məşqçisi: Ən güclü komandalardan biri Azərbaycandır

Ən güclü komandalardan biri Azərbaycandır.

“Report” xəbər verir ki, bunu Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev yığmanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis Avropa çempionatı barədə fikirlərini bölüşüb: “Bütün diqqətlər bizim üzərimizdə olacaq. Hədəfimiz ən azı finala çıxmaqdır. Güclü komandalarla eyni qrupa düşmüşük. Xatırlatmaq istəyirəm ki, biz də dünya reytinqində ikinci sırada qərarlaşmışıq. Ən güclü komandalardan biri Azərbaycandır. İtkisiz qrupu uğurla başa vurmaq istəyirik. Qrupdakı çıxışlarımızdan sonra necə mübarizə aparacağımız görünəcək”.

47 yaşlı çalışdırıcı millinin hazırlıq prosesi barədə danışıb: “İki aydır Avropa çempionatına hazırlaşırıq. Bu müddət ərzində çempionat matçları olduğu üçün məşqləri fasilələrlə edirdik. Hər şey qaydasındadır. Komanda yaxşı vəziyyətdədir. Sabah Bakıdakı sonuncu məşqimiz olacaq. Qarşıda bizi çətin oyunlar gözləyir. İnşallah, hazırlıqlarımızın bəhrəsini görəcəyik”.

E.Quliyev Avropa çempionatındakı rəqiblərdən bəzilərini təhlil etdiklərini bildirib: “Fransa və İtaliya yığmalarını təhlil etmişik, çox təcrübəli komandalardır. Amma zəif tərəfləri də var. Bizim millimiz daha sürətli və texnikalıdır”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-dən 8-nə kimi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi