Riçard Almeydanın qolu komandasını yarımfinala çıxardı - VİDEO

Riçard Almeydanın qolu komandasını yarımfinala çıxardı - VİDEO Qış fasiləsində Qarabağı Birləşmiş Ərəb Əmirliklərinin Baniyas klubuna dəyişən Riçard Almeyda yeni komandasının heyətində bu gün növbəti oyununa çıxıb.
Futbol
21 Fevral , 2020 19:53
Riçard Almeydanın qolu komandasını yarımfinala çıxardı - VİDEO

Qış fasiləsində "Qarabağ"ı Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna dəyişən Riçard Almeyda yeni komandasının heyətində bu gün növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, braziliyalı futbolçu yerli "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" klubu ilə keçirilən matçın iştirakçısı olub.

Rəqibini 1:0 hesabı ilə məğlub edən "Baniyas" adını yarımfinala yazdırıb. Qarşılaşmada yeganə qolu məhz Almeyda vurub. 31 yaşlı futbolçu ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, "Baniyas" yarımfinalda "Əl-Dəfra" - "Əl-Cəzirə" cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi