Millimizin şüarı açıqlandı

Millimizin şüarı açıqlandı Futbol üzrə Azərbaycan milli komandasının yeni şüarı açıqlanıb.
Futbol
474
2 Sentyabr , 2020 15:16
Millimizin şüarı açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının yeni şüarı açıqlanıb. 

"Report" AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!" şüarıdır. 

Yığmanın oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək. AFFA onların mənəvi dəstəyini hiss etdirmək məqsədi ilə yeni mövsümdə millinin köhnə-yeni şüarından istifadə edəcək. 

Qeyd edək ki, Millətlər Liqasının ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan komandası 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi